Tarix müəllimi canı hesabına tarix yazdı

  • 18.11.2020
  • 0

Vətənin tarixini öyrəndi, sevdi və öyrətdi. Məqamı çatanda isə canından keçərək bu tarixin bir parçasına çevrildi... BiG.AZ Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Vətən uğrunda şəhid olan Rəşad Məmmədovdan gedir. İki il əvvəl müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayaraq müəllimliyə başlayan Rəşad Məmmədov şagirdlərinə ölkəmizin tarixini sevdirdi, onlara bu Vətənin uğrunda can veriləcək bir miras olduğunu elə canını verərək sübut etdi. Hələ iyul ayında Tovuzda baş vermiş düşmən təxribatı zamanı orduya könüllü yazılan 32 yaşlı müəllim budəfəki döyüşlərdə də ilk gündən cəbhəyə yollanıb. Pedaqoq dostları deyirlər ki, Rəşad müəllim Azərbaycan tarixindəki erməni yaralarını dəqiq bildiyi üçün onlarla hesab məqamını gözləyirdi. Bu xalq həm də ona görə yenilməzdir ki, onun müəllimi qəhrəman, qəhrəmanı müəllimdir. Biz ona görə qalibik ki, sənin timsalında qəhrəmanlığı danışaraq yox, yaşayaraq tarixə çevirənlərimiz var. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Nə düşünürsən?