Tehran Mənsimov hardadır?

  • 12.12.2020
  • 0

Tehran Mənsimov haqqında son günlər dezinformasiyalar yayılır. Oxu24.com xəbər verir ki, “Hərbçi Həyatı” səhifəsi onun yaxınları ilə əlaqə saxlayıb bir çox məsələləri aydınlaşdırıb. Tehran Mənsimov Əlahiddə Ümumqoşun Döyüş Hazırlığının idarə rəisidir. Yaxınları onunla əlaqə saxlayıb bildirdilər ki, o, hazırda işinin başındadır. Hal-hazırda Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunda fəaliyyətini davam etdirir. Onun barədə yayılan “Təqaüdə göndərilib” xəbərləri saxta və dezinformasiyadır. Yaxın dostları bir daha da bizə bildirdi ki, onunçün əsas olan rütbə və ad deyil, cənab Ali Baş Komandanın etimadıdır. O, özü də “Hərbçi Həyatı”na bildirib ki, yenidən döyüşlər başlayarsa, döyüşməyə hazırdır. Onun barəsində yayılan digər informasiyalar isə, onun adına və vəzifəsinə xələl gətirmək üçündür. Qeyd edək ki, tanınmış jurnalist Elçin Alıoğlu da bununla bağlı xəbər paylaşıb. O, qeyd edib ki, Tehran Mənsimovun ordudan kənarlaşdırılması xəbəri yalandır.