Zəngilan şəhəri və bir neçə kənd işğaldan azad edildi

  • 20.10.2020
  • 0

Azərbaycan Prezidenti İlham əliyevin bildirdiyinə görə, Zəngilan şəhəri və Zəngilan, Füzuli və Cəbrayıl rayonlarına daxil olan bir neçə kənd işğaldan azad edildi. İlham Əliyev xalqa televiziya vasitəsilə canlı müraciəti zamanı Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen olub), Vəng kəndləri. İlham Əliyev Vəng kəndinin adının dəyişdirilərək Çinarlı adlandırıldığını bildirdi. Bundan başqa, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edildiyini bildirdi. "Zəngilan bizimdir, Qarabağ bizimdir, yaşasın Azərbaycan, eşq olsun Azərbaycan xalqına", – deyə İlham Əliyev vurğulayıb.

Nə düşünürsən?