Yeni qərardan sonra hər kəs Markın bu videosunu paylaşır

  • 12.01.2021
  • 136 baxış
  • 0

"WhatsApp"ın milyonlarla istifadəçisinə tətbiq etdiyi gizlilik razılaşmasına reaksiyalar günü-gündən böyüməyə davam edir. Unikal.org xəbər verir ki, bunula bağlı media istifadəçiləri "Facebook" qurucusu Mark Zukerberqin 2018-ci ildə ABŞ senatındakı açıqlamalarını yada salıb. Belə ki, "Facebook"un məlumat sızması qalmaqalına görə ABŞ Senatında ifadə verən Zukerberqə, "Hörmətli Zukerberq, dünən gecə qaldığınız otelin adını bizimlə paylaşa bilərsinizmi?",- deyə Senat sual ünvanlayır. Lakin Mark "Xeyr" deyə cavab verir. Daha sonra ona "Bəs, sonuncu dəfə kiminlə mesajlaşdınız?" sualına da Mark gülümsəyərək, "Yox deyə bilmərəm" cavab verir. Senat " Gizlilik haqqınızdır", deməklə onu hüquqlarından istifadə etdiyini bildirir. Xatırladaq ki, "WhatsApp" 8 Fevral 2021-də qüvvəyə minəcək yeni məxfilik siyasətini elan edib. . Şirkətin veb saytında edilən açıqlamalar göstərir ki, "WhatsApp2 bundan sonra rahatlıqla "Facebook" ilə məlumat mübadiləsi edə bilər. Bundan əlavə, məlumat mübadiləsinə icazə verməyən istifadəçilər "WhatsApp"ı istifadə edə bilməyəcəklər.

Nə düşünürsən?