İti maşının arxasına bağlayıb sürdülər

  • 09.04.2024
  • 0

İtin maşının arxasına bağlanaraq sürüməyə cəhd olunması barədə sosial şəbəkədə yayılan görüntülər araşdırılır.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov APA-ya bildirib ki, paylaşılan videogörüntü ilə bağlı araşdırma aparılır. Görüntülər Şamaxı rayonunda qeydə alınıb. Avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək.

Nə düşünürsən?