Jurnalistlər belə vuruldu

  • 13.04.2024
  • 0

Qəzza zolağının mərkəzi hissəsində CNN müxbiri və Türkiyənin dövlət televiziyası TRT-nin çəkiliş qrupunun da olduğu jurnalistləri daşıyan avtomobil atəşə tutulub.

 

Onlar Nuseyrat qaçqın düşərgəsi ərazisində efirə çıxmağı planlaşdırırdılar.

 

Oxu24.com  xəbər verir ki, İsrail ordusu TRT Arabic qrupunun operatoru Sami Mohamed Shehadeh, CNN-in əməkdaşı Məhəmməd Həsən əs-Savalihi və müstəqil jurnalist Əhməd Bəkir əl-Luhu yaralayıb.

 

İsrail mətbuatının məlumatına görə, TRT operatoru ən ağır xəsarət alıb: onun ayağı amputasiya edilməli olub.

 

Hazırda onun vəziyyəti ağırdır.

 

Nigar

 

Nə düşünürsən?