Kişi parkda uşağa hücum etdi

  • 15.04.2024
  • 0

Moskva yaxınlığındakı Domodedovoda uşaq meydançasına plastik bıçaq gətirən 13 yaşlı məktəblini təqaüdçü döyüb.

 

Oxu24.com  xəbər   verir   ki,  hadisənin   videosunu  REN TV yayıb.

 

Kadrlarda kişinin uşağa yaxınlaşması və digər uşaqların yanında bir neçə zərbə endirməsi, oğlanın yelləncək üzərinə yıxılması göstərilir.

 

 

Moskva vilayətinin prokurorluğu uşağın xəsarət alması hallarının araşdırılmasını nəzarətə götürüb.

 

“Şəxs 13 yaşlı yeniyetməyə yaxınlaşaraq onun başına və bədəninə bir neçə zərbə endirib, sonra o, üzərində oyuncaq bıçaq olan pencəyinin cibini cırıb atıb”, - deyə paytaxt prokurorluğundan bildirilib. 

 

Nigar

 

Nə düşünürsən?