Saxlanıldığı deyilən Rəqsanədən açıqlama

  • 04.04.2024
  • 0

Müğənni Rəqsanə İsmayılova Moskvada saxlanılması ilə bağlı məlumatlara münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, müğənni yayımladığı videomüraciətində saxlanılması barədə Rusiyanın "ВЧК-ОГПУ" Teleqram kanalının yaydığı məlumatı təkzib edib.

O, hazırda Moskvada olduğunu bildirib və əlavə edib ki, aprelin 10-dan sonra Azərbaycana qayıdacaq. 

“Mənim hansısa səbəbdən saxlandığımı, problemlərin olduğunu yazırlar. Heç bir problem yoxdur, məni heç kim saxlamayıb”.

Nə düşünürsən?