Sürücü “zapravka”da yanğın törətdi

  • 07.12.2023
  • 0

Sverdlovsk vilayətində yüngül avtomobilin sürücüsü alışqanla çəndəki benzinin səviyyəsini yoxlayarkən yanacaqdoldurma məntəqəsini yandırıb.

Ucnoqta.az xəbər verir ki, hadisənin videosunu “Evil Yekaterinburg” Telegram kanalı yayıb.

Hadisə Sredneuralsk şəhərində baş verib. Kadrlarda avtomobil sahibi avtomobilinə yanacaq doldurarkən yanacaq çəninə alışqan gətirərək onu yelləyir. Maşın və yanacaqdoldurma məntəqəsi dərhal alovlanır. Avtomobil sahibi maşını uzaqlaşdıra bilib, daha sonra yanacaqdoldurma məntəqəsinin işçisi ilə birlikdə yanğınsöndürənlər gələnə qədər nasosu söndürüblər.

Nə düşünürsən?