Xarkov atəşə tutuldu

  • 07.07.2022
  • 0

Xarkovun MLRS-dən atəşə tutulması nəticəsində iki mülki şəxs həlak olub. Yaralıların sayı artıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Xarkov vilayət şurasının rəhbərinin müşaviri Nataliya Popova Feysbuk hesabında məlumat yayıb.

"Rusların Xarkovu atəşə tutması nəticəsində yaralananların sayı 4-ə çatıb. İlkin məlumata görə, iki nəfər ölüb", - Popova bildirib.

Nə düşünürsən?