Türkiyə kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gün ilk finalçı müəyyənləşib.
“Beşiktaş”la “Ankaragücü” arasındakı cavab görüşünün taleyini bir qol həll edib. İlk oyunda qolsuz heç-heçə ilə kifayətlənən İstanbul təmsilçisi doğma meydanda qalib gələrək finala yüksəlib.