Payetin Messinin "başına açdığı oyun"

  • 26.10.2021
  • 0

Fransa Liqa 1-də son turun mərkəzi matçı olan "Olimpik"(Marsel) - PSJ matçındakı (0:0) epizod hələ də sosial şəbəkələri dolaşır, haqqında danışılır.

Offsideplus.az xəbər verir ki, görüşün sonlarında Messiylə hücum qurmağa hazırlaşan PSJ-nin bu cəhdi uğursuz alınır. Belə ki, meydan sahiblərinin ulduz futbolçusu Dmitri Payet ildırım sürətiylə şığıyaraq 34 yaşlı hücumçudan topu alır və fəndlərlə Messini aldadır.

Bu gün də bir çox futbol səhifələrində paylaşılan bu görüntülər izləyicilərin böyük marağına səbəb olub. Futbolsevərlər "Payet Messini qovurdu", "Payet Messiyə futbol dərsi keçdi" kimi ifadələrlə argentinalıya söz atıblar.