"Barselona"dan çətin qələbə

  • 22.01.2021
  • 0

"Barselona" futbol üzrə İspaniya Kubokunun 1/16 finalında "Kornella" ilə qarşılaşıb. Qarşılaşma Katalon klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib oyunun əsas vaxtında müəyyənləşməyib. Matçda hesabı 92-ci dəqiqədə Usman Dembele açıb, oyunun 120+1 dəqiqəsində Martin Braytvayt son nöqtəni qoyub. Qeyd edək ki, "Barselona" qarşılaşmanın gedişatında iki dəfə penaltini reallaşdıra bilməyib. Əvvəlcə Miralem Pyaniç, sonra isə Dembele bu imkanlardan yararlana bilməyiblər.

Nə düşünürsən?