Bakıda Mario Bakunanın konserti keçirilib

  • 15.10.2023
  • 0

Oktyabrın 14-də Heydər Əliyev Mərkəzində braziyalı musiqiçi Mario Bakunanın konserti və caz konsert çərçivəsində Azərbaycanın əməkdar rəssamı Eldar Qurbanın “Cazın ağ quşları” sərgisinin açılışı oldu. Qonaqlar sərgi ilə tanış olduqdan sonra Rəssam Eldar Qurban və mədəniyyətşünas Telman İbrahimov çıxış edərək cazın tarixi haqqında danışdılar.

Sonra konsert proqramı baş tutdu. Auditorium zalında keçən konsert “Braziliya mənzərələri” adlanır. Məşhur caz ifaçısı eyniadlı albomu ilə artıq Avropanın 16 ölkəsində qastrolda olub. “Braziliya mənzərələri” albomu digərlərindən məşhur braziliyalı bəstəkarların əsərlərinin yeni aranjimanının təqdimatı ilə fərqlənir. Mario Bakuna Londonda yaşayan braziliyalı bəstəkar, aranjimançı, müğənni və gitara ifaçısıdır. 20 illik musiqi təcrübəsi olan Mario Bakuna bugünədək Avropa, Afrika və Braziliyada beynəlxalq festivallar və böyük səhnələrdə uğurla çıxış edib. O, 1950-ci illərdə Rio-de-Janeyroda yaranan Samba Caz janrının yeni interpretasiyaları üzərində çalışır.
 

REAL

Nə düşünürsən?