Əvvəl dalaşdılar, sonra barışdılar

  • 10.01.2024
  • 0

Xəbər verdiyimiz kimi, "Elgizlə izlə" proqramında Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanıb.

Axşam.az xəbər verir ki, proqram zamanı mübahisə edən sənətçilərin davası Seyidcahanın mikrofonu söndürüldükdən sonra da davam edib. Sonda Seyidcahan mikrofonu yerə çırparaq efiri tərk edib. 

Proqramın üçüncü hissəsindən sonra reklam fasiləsi zamanı isə müğənnilər barışıb.

Həmin görüntüləri aparıcı Elgiz Əkbər sosial şəbəkədə paylaşıb.

Flora Kərimova videoda Elza Seyidcahana "Allaha and içirəm, sizi çox istəyirəm. Fəlsəfənizi də başa düşürəm. Bir sualım var, bədəninizin rahatlığı üçün, yoxsa düşüncənizin rahatlığı üçün belə geyinirsiniz" sualını ünvanlayıb.

Elza Seyidcahan isə cavab olaraq "Sizin qarşınızda baş əyirəm, amma düzgün cavab verəcəyəm. Məndən inciməyəcəksiniz? Əllərinizdən, ayaqlarınızdan öpürəm. Siz o vaxt Cavan Zeynallı ilə duet oxuyarkən paltarınızın bel hissəsi açıq idi, açıq-saçıq geyinmişdiniz. Sizin bədəninizin rahatlığı, yoxsa səhnə məcbur etmişdi? O zaman heç kim açıq geyinməmişdi. Siz də sənətdə böyük yeniliklər etmisiniz, çiyini, beli, sinəni açmısınız" sözlərini deyib.

Qeyd edək ki, mübahisəyə səbəb F.Kərimovanın E.Seyidcahanın geyimlərinə irad bildirməsi ilə başlayıb. O, Elzanın Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə tacda qatılmasını tənqid edib.

Nə düşünürsən?