Natavan ikinci dəfə ana olacaq

  • 29.07.2022
  • 0

Müğənni Natavan Həbibi ikinci dəfə ana olmağa hazırlaşır.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi bir neçə müddətdir hamilədir. O bunu gizlətməyə səy göstərmək üçün iki aydır İnstaqram səhifəsində yeni paylaşım etməməyə də çalışıb.

Nata "Olma nigaran" klipində isə özünü kamuflyaj etmək istəyib, tüllərdən ibarət qara libas geyinən ifaçının qarnının böyüməsi gözdən qaçmayıb.

Qeyd edək ki, Həbibinin reper Dado ilə evliliyindən Zeyd Əli adlı bir oğlu var.

Nə düşünürsən?