Nigar Şabanova 500 minlik üzükdən danışdı

  • 19.07.2023
  • 0



Əməkdar artist Nigar Şabanovanın üzük videosu paylaşması onun yenidən ailə qurması haqda dedi-qodulara səbəb olub.

Xanəndə yayılan söz-söhbətlərə aydınlıq gətirib. O, ailə qurmaq "səhvini" bir daha təkrarlamaq niyyəti olmadığını, üzüyü bəyəndiyi üçün paylaşdığını açıqlayıb:



"Növbəti dəfə elə bir səhv etmək fikrim yoxdur. Paylaşdığım üzüyün 500 min qiyməti var, bilən bilir.  İnternetdən götürmüşəm. Şərhlərdə yazıblar ki, hər il birinə ərə gedib qızıl yığır. Şükür Allaha, Nigarın evində olan qızıllar heç kimdə yoxdur. Halal zəhmətimlə, dünyanın hər yerində konsertlərdə, toyda oxumağımla qazanmışam. Allah sizə də o qədər ruzi yetirsin, qızıl qismət etsin ki, başqalarına baxmayasınız. Üzüyün sadəcə modelini bəyənib paylaşdım. Heç bir şey yoxdur. Şükür ki, yoxdur. Bir də elə səhvə yol vermərəm".

Nə düşünürsən?