Röya fəxri xiyabanda

  • 10.05.2024
  • 0

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.

 Xalq artisti Röya Ayxan bu gün azyaşlı uşaqlarla birgə Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Röya ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib, əklil və gül dəstələri qoyub.

Həmin anları sosial şəbəkə hesabında paylaşan ifaçı yazıb:

“Bu dünyada sevgi, hüzur, sülh var. Hansı ki, onları yaşatmaq bizim əlimizdədir. Elə sevgilər var ki, görmədiyin bir insana qarşı həmişə var olur. Baxın, bu uşaqlar kimi… Heydər Əliyevi görməyən nəsil belə bizimlə eyni duyğuları yaşayır. Biz çox şanslı nəsilik ki, Ulu Öndər Heydər Əliyevlə eyni dövrdə yaşamışıq. Ümummilli liderimizi belə anmaq istədim”.

Həmin görüntüləri təqdim edirik:

Nə düşünürsən?