Bizə ət adı ilə satılan görün əslində nə imiş...

  • 10.08.2023
  • 0

Marketlərdə bişirilməsi daha praktik olan qiymə normal ətdən 20-25% ucuz satılır. Bu da alıcıların ciddi narahatlığına səbəb olur. Sual yaranır, qiymənin tərkibi təmiz ətdirsə, niyə  ətdən bu qədər ucuzdur?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qiymə ilə bağlı çox sayda şikayət var. 

Onun sözlərinə görə, qiymənin tərkibinə heyvanın digər orqanlarını, aldadıcı olması üçün isə müxtəlif ədviyyatlar, dadlandırıcı, rəngləndirici maddələr qatırlar.

Eyyub Hüseynovun sözlərinə görə, alıcılar marketdən ət aldıqda onun qiymə halına salınmasını istəyirlər. Lakin ət maşınından gün ərzində bir neçə dəfə ət çəkilir. 

O tövsiyə edib ki, alıcılar ət maşınının bir neçə dəqiqə işlək qalmasını xahiş etsinlər. Belə olduqda, maşının içərisində öncədən yığılanlar təmizlənəcək və müştəri də qiymənin tərkibini görəcək. 

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova isə heyvan ətindən insanlara qidalanma yolu ilə bəzi xəstəliklərin keçdiyini bildirib. 

Məsələyə aydınlıq gətirməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, ətin heyvanın hansı hissəsindən əldə olunmasına görə qiymətinin fərqlilik göstərməsi təcrübədə qarşılaşıla biləcək haldır. 

Qiymə də heyvanın nisbətən ucuz hissələrindən əldə olunan və sümüklərdən mexaniki yolla ayrılmış ətlərdən, eyni zamanda heyvan yağından hazırlandığı üçün heyvanların digər hissələrindən əldə olunmuş ətlərlə müqayisədə ucuz olması anlaşılandır.

Ət və ət məhsulları yüksək risk daşıyan məhsullar olduğundan Agentlik tərəfindən bu sahədə mütəmadi olaraq nəzarət tənzimləmə tədbirləri həyata keçirilir. Əgər istehlakçılarda bu kimi məhsulların təhlükəsizliyinə hər hansı şübhə yaranarsa, bu barədə Agentliyin 1003 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur.

Nə düşünürsən?