Avropa Parlamentin zalında it səsi yayıldı

  • 13.12.2023
  • 0

Avropa Komissiyasının (AK) rəhbəri Ursula von der Leyenin Avropa Parlamentinin sessiyasındakı çıxışı yekunlaşdıqdan sonra iclas zalının spikerlərindən it hürməsi səsi yayılıb.

Ucnoqta.az xəbər verir ki, bu zaldakıların təəccübünə və gülüşünə səbəb olub.

“Avropa birləşib başını dik tutub onun qüdrətini vətəndaşlarımıza göstərək. Yaşasın Avropa” - von der Leyen deyib.

Onun sözlərindən sonra yüksək və uzun sürən it hürməsi eşidilib.

Nə düşünürsən?