Bakıda qoçuluq edən sürücü

  • 21.05.2021
  • 0

Bakıda növbəti qoçuluq edən sürücünün videogörüntüsü sosial şəbəkələrdə paylaşılıb. 17 may, 08:14 radələrində hərəkət edən #99VU867 dövlət qeydiyyat nişanlı avtomobilin arxa stop işıqlarının yanmaması onun arxası ilə gedən sürücüyə təhlükə yaşadıb, çaşqınlığa səbəb olub. Videogörüntünü paylaşan sürücü isə yaxın və uzaq işıqlarını yandırıb-söndürməklə bunu qarşıdakı sürücüyə işarə edib. Ancaq görünən odur ki, bu onun xoşuna gəlməyib. Əvvəlcə sürücünü təhqir edib, söyüb, daha sonra isə bununla da hirsi soyumayıb və öz avtomobilindən düşərək videogörüntünü paylaşan sürücünün avtomobilinə yaxınlaşaraq onun qapısını açmağa cəhd edib. Bu da alınmayanda qolunu avtomobilin pəncərəsindən salaraq güc tətbiq etməyə cəhd edib.

Nə düşünürsən?