Bayden sözü düzgün oxuya bilmədi

  • 17.11.2023
  • 0

ABŞ prezidenti Co Bayden Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çıxışı zamanı teleprompterdən bir sözü düzgün oxuya bilməyərək səhvə yol verib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, kakin aidiyyatı təşkilatların növlərini və adlarını sadalamaq məqamı çatanda dövlət başçısı dayanıb. Bayden mürəkkəb bir iqtisadi termini tələffüz etməyə çalışıb, lakin ilk hecanı səhv deyib.

Bundan sonra zaldakı bəzi insanlar gülməyə başlayıb. Nəticədə Amerika lideri teleprompterin təklif etdiyi sözü düzgün tələffüz edə bilmədiyini etiraf etməli olub:

"Mən bunu düzgün tələffüz edə bilmirəm, cəhd də etməyəcəyəm" - dözvlət başçısı deyib

Nə düşünürsən?