Bayrağı yanğından çıxaran əməkdaş təltif edildi

  • 02.09.2021
  • 0

Bildiyiniz kimi Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsinə dəstək üçün Azərbaycandan xüsusi heyət yola düşmüşdü. Oradan paylaşılan görüntülərdən də görünürdü ki, Azərbaycandan gedən heyət yanğınların söndürülməsində xüsusi fəallıq göstərir. Görüntülərdən bir neçəsi isə xüsusi yadda qalan idi. Əməkdaşlar yanan evlərdən insanların xilas olması ilə yanaşı evlərdən bayraqları da çıxarırdılar. O əməkdaşlardan biri də xüsusi fəallığı ilə seçilən Kamil Dünyamalıyev idi. Patrul.az olaraq əldə etdiyimiz məlumata görə elə bu fəallığına görə o, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov tərəfindən kiçik leytenant rütbəsi ilə təltif olunub. Biz də PATRUL.AZ olaraq Kamil Dünyamalıyevi bu münasibətlə təbrik edirik, ona daha böyük uğur və nailiyyətlər arzu edirik.

Nə düşünürsən?