Ermənilərin Bakıdan paylaşdığı videonu çəkən şəxs saxlanıldı

  • 20.04.2023
  • 0

İki gün əvvəl erməni Teleqram kanallarında Bakıda çəkildiyi bildirilən video paylaşılmışdı. Videoda Şəhidlər Xiyabanı və ətraf ərazilər görüntülənir. Görüntülər “Biz burdayıq” sözləri ilə yayılmışdı.

Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, görüntüləri çəkən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb.
Həmin şəxsin erməni olmadığı bildirilir. 

Görüntüləri çəkən şəxs barədə ətraflı məlumat əldə etməyə çalışırıq.

Nə düşünürsən?