Gəncə faciəsinin ildönümü: “Qızım yadımdan çıxdı, Nilayı götürüb qaçdım”

  • 05.10.2023
  • 0

2020-ci il oktyabrın 11-də gecə saatlarında bütün yaşıdları kimi Nilay da ata-anasının qayğısı ilə yuxuya getmişdi. Ta ki, ermənilərin Gəncəyə, dinc sakinlərin yaşadıqları binaya raket atdıqları ana qədər. Partlayış nəticəsində ağzına, burnuna torpaq dolan Nilay nə olduğunu belə anlamamış atası dünyasını dəyişir. Anası isə dağıntılar altından çıxarılandan bir gün sonra xəstəxanada həyata gözlərini yumur.

Nə düşünürsən?