Ölkəmizdə elm günüdür

  • 27.03.2022
  • 0

Bu gün Azərbaycanda Elm Günü olaraq qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis edilib. Elm Günü Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 1945-ci ildə bu elm ocağı təsis olunduqdan sonra ölkədə elmin təşkilati strukturu formalaşaraq elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Bu gün elmin inkiaf etdirilməsi, elmə innovativ yanaşma dövlətin əsas prioritetlərindən biridir. Son 10 ildə dövlət büdcəsindən elmə çəkilən xərclər 54,7 faiz, elmi-texniki işlərin dəyəri isə 53,2 faiz artıb. onların 57 faizini fundamental , 6,8 faizini tətbiqi tədqiqatlar, 12 faizini layihə-konstruktor işləri təşkil edib.2021-ci ilin dövlət büdcəsində elm xərcləri üzrə 183,3 milyon manat, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası və onun tabeliyində olan müəssisələrin saxlanılması üçün 116,7 milyon manat məbləğində vəsait ayrılıb. Ötən il elmi müəssisə və təşkilatlar tərəfindən 150 milyon manatlıq işlər yerinə yetirilib və onun da 97 faizini elmi-texniki işlər təşkil edib.

Hesabat ilində AMEA-nın elmi müəssisələrində 1765 elmi tədqiqat işi aparılıb, 71 qrant üzrə işlər davam etdirilib, 70 patent alınıb. Akademiyanın alimləri tərəfindən 500-ə yaxın kitab çap olunub, 7 mindən çox məqalə və tezis, o cümlədən 2 minə yaxın məqalə və tezis xaricdə dərc edilib. Elmi işçilərin əsərlərinə 25 minə yaxın istinad olunub. Elm sahəsində islahatların aparılması, mövcud problemlərin aradan qaldırılması, həmçinin ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb. “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və Dövlət Proqramının icrası ilə bağlı görülmüş işlər elmimizin inkişafına böyük təkan verib. Dövlət başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu sənəd , elmi fəaliyyətin təşkilini, subyektlərin hüquq və vəzifələrini, maliyyələşdirilmə mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

REAL

Nə düşünürsən?