Sahibə Qafarova kimdir? Milli Məclisin yeni sədri seçildi

  • 11.03.2020
  • 0

Sahibə Qafarova kimdir? Milli Məclisin yeni sədri seçildi

2020-ci il mart ayının 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi iclasda YAP-çı deputat Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

Sahibə Əli qızı Qafarova 1955-ci ildə mart ayının 19-da Şəmkir şəhərində anadan olub.

O, 1978-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu, 2002-ci ildə isə Azərbaycan Dillər Universitetini ingilis filologiyası üzrə fərqlənmə diplomları ilə bitirib.

1978-1980-ci illərdə Şəmkir şəhərindəki orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyət göstərib. 1984-cü ildə  M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun aspiranturasını, 2000-ci ildə Bakı Slavyan Universitetinin doktoranturasını bitirib. Filologiya elmləri doktoru, professordur. 1985-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır.

2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. 2004-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.

Sahibə  Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. O, 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada gender problemlərinin tədqiqi ilə məşğuldur. Sahibə Qafarova bir sıra beynəlxalq təlim proqramlarının və layihələrin  iştirakçısı olub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 14 dekabr 2016-cı ildə ona “Əməkdar müəllim” fəxri adı verilib.

98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilən Sahibə xanım, 2010-cu ildən Milli Məclisin üzvüdür.


Musiqi: Jane Fonda 2:50 The Grand Affair Hip Hop & Rep | Dramatik


TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw


TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html

TarPas "twitter"də: https://twitter.com/Cekli829


Tövsiyə etdiyim videolarım:

➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA

➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs

➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro

➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0

➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak

➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk

➡Əjdaha meyvəsi / Pitahaya, Pitaya, Kaktus meyvəsi, Ejder meyvesi, Dragon fruit - Tropik superqida https://youtu.be/8fMJ2nTzYNw

➡Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana / Rosh Hashanah / ראש השנה https://youtu.be/zXYVomBFJRw

➡Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri https://youtu.be/VWOiTLOBcno

➡Ölülər Günü / Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunur https://youtu.be/lL-zRmz1iSM

➡İmza nədir? 100 məşhur şəxsin imzası https://youtu.be/1Z0ibH1Y4OY

➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları https://youtu.be/JkX4r3Z2NSs

➡Kinkan meyvəsinin faydaları https://youtu.be/FUn-0l8skTI

➡Qubada futbol https://youtu.be/GTifozD-Mlk


Musiqi: YouTube Library

Nə düşünürsən?