Sevimli xalq artistimiz vəfat etdi

  • 22.12.2020
  • 0

Xəbərləri ilk oxumaq üçün Abunə Ol ►►► Xəbərləri ilk oxumaq istəyirsən? ►►► Kanalımıza ABUNƏ olun ►►► Bildiriş olaraq gəlməsi üçün "zınqırov" işarəsinə vurun! ►►► Əlavə məlumat və ya gördüklərinizi çəkib, şikayətlərinizi bizə ata biləcəyiniz WhatsApp nömrəmiz ►►► (+99455) 653 35 14 ►►► Kanalımıza Youtube üzərindən abunə olmaq üçün linkə daxil olun ⤵⤵⤵⤵⤵⤵⤵⤵⤵⤵⤵ ► https://goo.gl/xjWq9v Xəbərin mətni ⤵⤵⤵ ► Səhəri acı xəbərlər açdıq: Sevimli xalq artistimiz vəfat etdi ◄ ► Koronavirusa yoluxan Xalq artisti Sabir Əliyev vəfat edib. Bu barədə prodüser Sənan Sərdaroğlu məlumat verib. Qeyd edək ki, 72 yaşlı xanəndə bir müddət bundan əvvəl "COVID-19” diaqnozu ilə xəstəxanaya aparılmış və vəziyyəti ağırlaşaraq reanimasiyaya yerləşdirilmişdi. Xatırladaq ki, Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. O, 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 42 il teatrın muğam bölməsinin solisti olub. Sabir Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və başqa ölkələrdə qastrol səfərlərində olub və böyük uğurla çıxış edib. Sabir Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar artist”, 2017-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Allah rəhmət eləsin!

Nə düşünürsən?