Şuşada 28 il sonra ilk cümə namazı

  • 17.11.2020
  • 0

Xəbər verdiyimiz kimi Şuşada 28 ildən sonra ilk dəfə cümə namazı qılınıb. Yeniavaz.com xəbər verir ki, Şuşada cümə namazını qıldıran əsgər Qurbanəli Eldar oğlu Əliyev olub. Qurbanəli əslən Lerik rayonundandır. O, Təbriz Universitetinin İlahiyyət fakültəsinin tələbəsidir. Pandemiya ilə əlaqədar dərslər dayandırıldığı üçün o, Lerikə geri qayıdıb. Elə həmin vaxt Ordumuzun əks-həmlə əməliyyatına başlaması ilə o da adını yazdırır və könüllü olaraq döyüşlərə gedir. Qurbanəli Şuşada 28 il sonra qılınan ilk namazın verdiyi hissi sözlə ifadə etməkdə çətinlik çəkdiyini deyir: "Şuşada qıldığımız namaz bizə fəxarət hissi verdi. Şuşa xarıbülbülün vətənidir. 30 ildir azan səsinə həsrət torpaqlardır. Rayonda namaz qılırıq, amma hərbi formada şəhadət formasında, şəhadət yerində qılınan namazın fərqini sözlə çatdırmaq mümkün deyil

Nə düşünürsən?