Aqrar sahədə çalışanlar öz fəaliyyətlərini davam etdirə bilər

  • 20.06.2020
  • 0

Aqrar sahədə çalışanlar müvafiq qaydada qeydiyyatdan keçməklə öz fəaliyyətlərini davam etdirə bilərlər. Bunu "Xəzər Xəbər"ə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib. O, qeyd edib ki, iki həftəlik sərt karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının toplanması, növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərənlər üçün heç bir məhdudiyyət olmayacaq. Həmin şəxslərin fəaliyyətinə onlar barədə məlumatlar "icaze.e-gov.az" portalına daxil edildikdən sonra yol verilir. İcazələr 2 formada alına bilər. Fermerlər təsərrüfat fəaliyyətlərini karantin rejimi və əməyin təhlükəsizliyi qaydalarına uyğun şəkildə həyata keçirməlidirlər.

Nə düşünürsən?