Azərbaycanlı aparıcının azyaşlı qızı vəfat etdi

  • 18.03.2018
  • 0

“Space” telekanalının xəbərlər proqramının aparıcısı Elvin Basqallı övladını itirib. Teleaparıcının qızı Fidan bu gün səhər saatlarında vəfat edib. Qeyd edək ki, 1 yaşlı Fidan ürək çatışmazlığından əziyyət çəkirdi və bir müddət öncə əməliyyat olunmuşdu. “Space” TV-nin “Xəbərlər” proqramının aparıcısı Elvin Basqallıya ağır itki üz verib. Yenicag.az-a açıqlama verən aparıcı gözyaşlarına hakim ola bilməyib: “Qızım doğulandan dava-dərmanla yaşayırdı. Elə bilirdik ürəyi xəstədir. Sən demə, ciyərində problem varmış. Ciyərində yüngül əməliyyat olundu, amma narkozdan ayılmadı. Boğazından daxil olub, ciyərini təmizləməliydilər. Ürəyi tab gətirmədi. Bir ata kimi danışmaq çox ağırdır. Onu xilas edə bilmədim”. Qeyd edək ki, aparıcının 3 övladı – iki oğlu və bir qızı vardı. Allah rəhmət eləsin. Cəvahir

Nə düşünürsən?