Modemlərin yaydığı şüaların sağlamlığa bu təsirləri var

  • 21.09.2023
  • 0

Bu gün həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil. İnternetə qoşulmaq üçün isə modem və ya router adlanan cihazlardan istifadə olunur. Demək olar ki, hər evdə, hər iş yerində, hətta avtomobillərdə belə bu cihazlar var. Ancaq sözügedən cihazlar çox yaxınlıqda olduqda insanın səhhətinə mənfi təsirini göstərə bilir. Buna səbəb onların radiodalğa yaymasıdır.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Pərdəşünas deyir ki, modemlərə yaxınlaşdıqca onların yaydığı dalğaların daha çox təsirinə məruz qala bilərik. 

Həkim Arzu Hüseynova da bildirir ki, router cihazlarının yaydığı dalğalar sağlamlığımızda problemlər yarada bilər. 

Həkimin sözlərinə görə, yuxu pozğunluğu nəticəsində isə baş ağrıları, depressiya, psixi sağlamlıq pozğunluqları yarana bilər. Yüksək qan təzyiqi və ürək xəstəliklərinin isə artma riski var. Bu səbəbdən router cihazlarından maksimum uzaqda olmaq məsləhət görülür. 

Nə düşünürsən?