Türk səfir Azərbaycan üçün mitinqə çıxıb

  • 24.07.2020
  • 0

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalar keçirir. Diasporla İş üzrə Dövlət Komitəsindən Oxu24.com-a bildirilib ki, hazırda Çexiyanın paytaxtı Praqada “Çex Respublikasındakı Azərbaycan İcması” təşkilatının dəstəyi ilə soydaşlarımızın aksiyası başlayıb. Təşkilatın rəhbəri Eldar Vəliyevin verdiyi məlumata görə, ermənilərin Azərbaycanın Çex Respublikasındakı səfirliyinin binası qarşısına toplaşacağını eşidən soydaşlarımız dövlətimizə dəstəklərini ifadə etmək üçün buraya axın edib. Aksiyada Praqa, eləcə də Brno şəhərlərində yaşayan azərbaycanlılar iştirak edir. Təxminən 200-ə qədər azərbaycanlı güclü birlik nümayiş etdirərək dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın işğalçılıq siyasətinə və erməni təxribatlarına son qoyulmasını tələb edir. Eyni zamanda Türkiyənin Çex Respublikasındakı səfiri Egemen Bağış da aksiyaya qatılıb.

Nə düşünürsən?