Şok: BNA tapşırıq verdi, taksilər bahalaşdı

  • 09.09.2020
  • 0

Artıq iki gündür ki, paytaxtda taksi qiymətləri bahalaşıb. Axar.az xəbər verir ki, məsafədən asılı olaraq, bütün taksi xidmətlərində 30-60 qəpik arasında, təxminən 10% miqdarında bahalaşma qeydə alınıb. Bahalaşmanın səbəbi ilə bağlı taksi şirkətlərindən biri - “Salam Taksi”dən saytımıza bildirilib ki, qiymət artımı Bakı Nəqliyyat Agentliyinin (BNA) göstərişi ilə həyata keçirilib. “Bakı Nəqliyyat Agentliyi bütün taksi şirkətlərinin qiymətlərini qaldırmaqla bağlı göstəriş verib”, - deyə bildirilib. Qeyd edək ki, məsələ ilə bağlı BNA-ya sorğu göndərilib.

Nə düşünürsən?