Kənd məktəbində su tapılmır

  • 17.09.2020
  • 0

Balakənin Katex kəndinin 3 saylı tam orta məktəbində yeni dərs ili başlayandan su problemi yaşanır. Məktəbin direktorunun sözlərinə görə , pandemiya dövründə suyun olmaması onlara çətinlik yaradır. Məsələ burasındadır ki, həmin ərazidə su var. Lakin xəttlərdə nasazlıq yarandığı ehtimal olunur. Şəxsi gigiyena və dezinfeksiya işlərinin vacib olduğu bu dövrdə məktəbin suyu yoxdur. Bura Balakənin Katex kəndindəki 3 saylı tam orta məktəbdir. Məktəbin direktoru deyir ki, binada su xəttinin mövcuddur, lakin xətt tutulub. Məktəb müəllimləri də problemin qısa müddətdə həll olunmasını arzu edirlər. Məsələ ilə bağlı kənd Bələdiyyəsindən bildirildi ki, problemlə bağlı onlara müraciət olunub. Hazırda ərazidə su var. Lakin xəttlərdə nasazlıq yarandığı ehtimal olunur. Müəllimlər dezenfeksiya və gigiyenan ən vacib sayıldığı bu pandemiya dövründə məktəbin su probleminin tezliklə həll olunacaına ümid edirlər.

Nə düşünürsən?