67 yaşlı kişini döyən məşhur həbs olundu

  • 18.09.2020
  • 0

67 yaşlı qonşusu Hüseyn Meriçi döyməsi ilə gündəmə gələn məşhur müğənni Halil Sezai "Silahla qəsdən yaralama” maddəsi ilə həbs edilib. Türkiyə mətbuatı xəbər verir ki, Anadolu Ədalət Sarayına gətirilən ulduz polisə 2 saat ifadə verib. O, məhkəmənin qərarı ilə həbs edilib. Xatırladaq ki, müğənni Tuzlada bir qrupla qonşusunu çəkilişə icazə vermədiyi, həm də ana-bacı söyüşləri söyüb ağır ifadələr işlətdiyi üçün döydünü deyib. Sezai ifadəsində peşman olduğunu və əsəblərinə hakim ola bilmədiyini də vurğulayıb./publika.az

Nə düşünürsən?