Görmə qabiliyyətini tam bərpa etmək mümkün olacaq

  • 18.09.2020
  • 0

Avstraliyanın Monaş Universitetinin alimləri kor insanlarıngörmə qabiliyyətini tamamilə bərpa etməyin yolunu aşkarlayıblar. Bu barədə "Daily Mail” xəbər yayıb. Yeni üsula əsasən insana xüsusi implant – bionik göz yerləşdirilir. Yeni sistem "Gennaris” adlanır. O, tor qişadan beynin görmə mərkəzinə göndərilən siqnalları bloklayan zədələnmiş görmə sinirlərini ötüb keçə biləcək. Alimlər yeni tərtibatın perspektivliyinə nikbin baxırlar.

Nə düşünürsən?