Dəhşətli hadisə: 15 nəfərin meyiti tapıldı

  • 20.09.2020
  • 7.1K baxış
  • 0

Nigeriyanın Ebonyi ştatında avtobusun qəzaya uğrayaraq çaya düşməsi nəticəsində 14 nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb. “Report” bu barədə yerli KİV-ə istinadə xəbər verir. Xilasedicilər avtobusu çaydan qaldırdıqdan sonra oradan 14 cəsəd çıxarıblar. Daha 13 nəfər hələ də itkin düşmüş hesab olunur. Məlumata görə, avtobusda 30-dan çox sərnişin olub. Ölkə prezidenti M.Buhari ölənlərin ailələrinə baş sağlığı verib.

Nə düşünürsən?