Milli Məclis Şuşa Bəyannaməsini təsdiq etdi

  • 01.02.2022
  • 0

Milli Məclis Şuşa Bəyannaməsini təsdiq edib.

Oxu.Az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra Bəyannamə səsverməyə qoyularaq təsdiq edilib.

Deputatlar sənədin ratifikasiya edilməsini alqışla qarşılayıblar. 

Qeyd edək ki, 2021-ci ilin iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Şuşa Bəyannaməsini imzalayıblar. 

Nə düşünürsən?