"Şuşa azad olunandan sonra keçirilən tədbirlərdə..."

  • 16.03.2022
  • 0

Xəbər verdiyimiz kimi, dünən Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin "Şuşa İli" münasibətilə həyata keçirdiyi daha bir təşəbbüsün – "Şuşa söhbətləri" (Shusha talks) layihəsinin təqdimatı keçirilib.

BiG.AZ-ın məlumatına görə, mərasimdə qonaqlar arasında "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanov da iştirak edib.

O, layihəyə təkliflərindən əlavə, bir neçə iradlarını da bildirib:

"Şuşa azad olunandan sonra həm böyük, möhtəşəm tədbirlərdə, həm kiçik mərasimlərdə Şuşada anadan olan, orada yaşayan, yaradan bəstəkarlarımızın nəinki adları çəkilmir, heç əsərləri də ifa olunmayıb".

Həmin fikirlərin səsləndirildiyi çıxışı videoda izləyə bilərsiniz:

Nə düşünürsən?