Xankəndi və Xocalı sakinləri ilə bağlı açıqlama

  • 22.12.2022
  • 0

"Xankəndi və Xocalı sakinlərinin evlərinə qayıdacağı gün çox yaxındır".

BAKU.WS xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında millət vəkili Tural Gəncəliyev bildirib.

"Bizim vətəndaşlar artıq Xankəndinin bir addımlığında dayanıblar. Biz bütün şəhər və məntəqələrimizə qayıtmaq üzrəyik və qayıdacağıq. Buna heç kimin şübhəsi olmasın. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını hamı qəbul edir",-deyə deputat əlavə edib.

Nə düşünürsən?