COVID-19-la bağlı durum stabildir

  • 04.04.2023
  • 0

Son zamanlar koronavirusla bağlı vəziyyət stabildir. Uzun müddətdir ki, koronavirusa yoluxanların sayı iki rəqəmlidir. Kiçik dalğalanmalar isə bayram günləri ilə əlaqəlidir.

Bu sözləri Səhiyyə nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov REAL-a açıqlamasında dedi.

Təyyar Eyvazov onu da qeyd etdi ki, xəstəliyin bu ştamı yüngül keçir. Peyvəndlənmə prosesi uğurlu aparıldığı üçün bu gün yoluxanların sayı çox azdır. Növbəti aylarda da stabil durum davam edəcək.

Təyyar Eyvazov sonda bütün şəxsləri diqqətli olmağa və virusdan özlərini qorumağa çağırdı.

Nə düşünürsən?