İkili vətəndaşlığı olan şəxs bunu etməlidir

  • 04.03.2021
  • 0

Başqa dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər bir ay müddətində Dövlət Miqrasiya Xidmətinə və ya həmin ölkədə fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliyi və ya konsulluğuna yazılı müraciət etməlidir.

Axar.az xəbər verir ki, bu haqda məlumat Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaydığı videoda yer alıb.

Bildirilib ki, bunun üçün Dövlət Miqrasiya Xidmətinin saytında ərizə-anket forması yerləşdirilib.

“İkili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikası tərəfindən yalnız Azərbaycan vətəndaşı kimi tanınırlar”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti bugündən vətəndaşları maraqlandıran sualları kiçik video-materiallarla cavablandıracaq.

Nə düşünürsən?