“Tik-Tok”da narkotiki təbliğ edən şəxs yaxalandı

  • 22.01.2021
  • 0

Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən bir nəfər saxlanılıb. DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Şirvan Şəhər Polis Şöbəsi əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində “Tik-Tok” sosial şəbəkəsində özünə məxsus səhifə yaradaraq narkotik vasitələrin təbliği ilə məşğul olan Coşqun Məmmədli tutulub. Saxlanılan Coşqun Məmmədli barəsində protokol tərtib edilib. Şirvan şəhər Məhkəməsinin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.

Nə düşünürsən?