Flaqman topuk yaylasında

  • 15.06.2019
  • 0

"Neftçi" klubu təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşüb.

Paytaxt təmsilçisi iyulun 1-dək Topuk yaylası bölgəsində məskunlaşacaq.

Flaqman qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

Oyunlar iyunun 20-də, 25-də və 30-da baş tutacaq.

Ağ qaralar son yoxlama matçını Ukraynanın "Vorskla” klubuna qarşı keçirəcək.

Digər rəqiblər hələlik müəyyənləşməyib.Səfər öncəsi klub Rauf Əliyev, Voislav Stankoviç və Dario Frederikonu transfer edib.

Qeyd edək ki, "Neftçi" xaricdə toplanışa başlayan ilk Azərbaycan klubudur.

Flaqman cari mövsümdə Avropa Liqasında mübarizə aparacaq. I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.

Nə düşünürsən?